Azərbaycan və BMT arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Aznews.az xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə keçirilən görüşdə aparılıb.
V. Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın, eyni zamanda nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb.
Ölkəmizin COP29-a ev sahibliyi ilə yanaşı, yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüslərlə qlobal iqlim gündəliyində liderliyini möhkəmləndirdiyi qeyd olunub. Xüsusilə Azərbaycanın COP30-da elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 % azaldılması öhdəliyini nəzərdə tutan yeni "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə"si (NDC) yüksək qiymətləndirilib.