AZ

Hərraclar daşınmaz əmlak bazarına təsir etmir Ekspertdən AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bank olmayan kredit təşkilatlarının öz balansında olan bir sıra milyonluq daşınmaz əmlakları satışa çıxarmasının bazardakı qiymətlərə təsir gücü çox məhduddur. Xüsusilə əmlak qiymətlərinin artdığı və bankların vəziyyətinin nisbətən yaxşı olduğu bir dövrdə belə hərracların təsiri demək olar ki, yoxdur".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert qeyd edir ki, hərraclar yalnız böhran dövrlərində, daşınmaz əmlaka tələbat azaldıqda, qiymətlər ucuzlaşanda və bankların vəziyyəti pisləşdikdə bazara təsir göstərə bilər:"İndiki halda isə bazara çıxarılan əmlaklar çox məhduddur, 1-2 dənə əmlakdan ibarətdir və böyük həcmi yoxdur, yəni ümumi təklifin yalnız kiçik hissəsini təşkil edir".Bundan əlavə, banklar bazara çıxarılan əmlakı bazar qiymətinə uyğun təklif edir, buna görə də indiki mərhələdə hərracların bazar qiymətlərinə heç bir təsiri görünmür.Qeyd edək ki, “Aqrarkredit” QSC öz balansında olan bir sıra milyonluq daşınmaz əmlakları satışa çıxarıb.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr