AZ

Çin ABŞ-yə sanksiyalar tətbiq edibÇin hakimiyyəti ABŞ-ın 20 müdafiə şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib.

Ajans.az Sohu portalına istinadən xəbər verir ki,bu qərar ABŞ-ın Tayvana irimiqyaslı silah satışı ilə bağlı açıqlamasına cavab olaraq qəbul edilib. Nəşr bildirir ki, rəsmi Pekin Vaşinqtonun bu addımını “vahid Çin prinsipinin və Çin–ABŞ arasında imzalanmış üç birgə kommunikenin ciddi şəkildə pozulması, Çinin daxili işlərinə kobud müdaxilə, eləcə də ölkənin suverenliyi və ərazi bütövlüyünə ağır zərbə” kimi qiymətləndirib. Məlumata görə, sanksiyalar əsasən iri hərbi texnika və silah istehsalı ilə məşğul olan Amerika şirkətlərini əhatə edir və 26 dekabr 2025-ci il tarixindən qüvvəyə minəcək. Çin tərəfi bildirib ki, bu tədbirlər milli maraqların qorunması və regional təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.

 

Seçilən
40
1
Ajans.az

2Mənbələr