AZ

Kaliforniyadakı daşqınlarda 3 nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatında yağan güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb.

Ştat rəsmiləri Los-Anceles dairəsinin bəzi ərazilərində 27 sm-ə qədər yağış yağdığını, bunun nəticəsində insanların təxliyəsinə və əsas yolların bağlanmasına səbəb olduğunu bildiriblər.

Təcili yardım xidmətləri suyun səviyyəsinin qalxması səbəbindən avtomobillərdə qalmış insanlara kömək də daxil olmaqla xilasetmə əməliyyatları aparır. 

24 dekabrda Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdə və Cənubi Kaliforniyanın digər ərazilərində fövqəladə vəziyyət elan etmişdi.

Seçilən
7
operativmm.az

1Mənbələr