Bakı. Trend:
Maraq olduğu təqdirdə Türkiyədə Azərbaycanın ticarət evlərini dəaçmaq mümkün ola bilər, lakin buna məhz türkiyəli iş adamları datəşəbbüs göstərməlidirlər.
Bunu Trend-əmüsahibəsində Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi TamerlanTağıyev deyib.
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin 2023-cü ildənfəaliyyət göstərdiyini xatırladan nümayəndə bildirib ki, qarşıyaqoyulan vəzifələrdən ən önəmlisi türkiyəli iş adamlarını,investorları Azərbaycana gələrək burada iş qurmağa, investisiyaetməyə cəlb etməkdir: “İkinci məqam, Azərbaycanın mal vəxidmətlərinin Türkiyədə həm tanıdılması, həm də satışı üçün müvafiqxidmətlərdən istifadənin təmin edilməsidir. Digər önəmli məsələisə, iki ölkə arasında texnoloji transferin həyata keçirilməsi vəbu sahədə əməkdaşlığın qurulmasıdır. Əlbəttə, imkan olduqca hər ikiölkədən fərqli şirkətlərin və ya iş insanlarının 3-cü ölkələrdəbirgə fəaliyyət göstərməsi istiqamətində də fəaliyyətgöstəririk”.
T. Tağıyevin sözlərinə görə, indiyədək Türkiyə iş adamlarının30-dan artıq Azərbaycana səfəri təşkil edilib: “Bu missiyaçərçivəsində 200-dən çox iş adamı Azərbaycana səfər edib. Fərqlisahələr üzrə onlardan bəziləri artıq Azərbaycanda fəaliyyətəbaşlayıb, bəziləri isə həm yerli tərəfdaşları ilə, həm də təkbaşınabiznes planlarının üzərində çalışırlar. İnanırıq ki, onlar da ənqısa zamanda fəaliyyətə başlayacaqlar. Məsələn, bizim vasitəmizləAzərbaycana gəlmiş Türkiyə şirkəti ötən gün burada Türkiyəsərmayəli şirkət qurdu. Onlar burada innovativ xidmət göstərməyinəzərdə tuturlar.
Bununla yanaşı, biz özümüz də Türkiyənin müxtəlif regionlarınasəfərlər edirik. Bugünədək ölkənin 20-dən çox bölgəsinə səfəretmişik. Orada fəaliyyət göstərən ticarət, sənaye palataları iləəməkdaşlıq çərçivəsində iş adamları ilə bir araya gəlmişik. OnlaraAzərbaycandakı imkanları, dövlət tərəfindən təqdim edilən güzəştmexanizmlərini, eləcə də bu kimi digər fürsətləri təqdim etmişik.Əlbəttə ki, bu danışıqlarda Qarabağ və Şərqi Zəngəzur regionlarıxüsusilə qeyd olunur. Türkiyəli iş adamlarını həmin regionlardayaradılmış şərait və güzəştlərlə məlumatlandırırıq.
Daim bildiririk ki, Azərbaycan sadəcə güzəştlər təqdim etmir,eyni zamanda ölkəmizdə fəaliyyət göstərən müvafiq qurumlar,məsələn, Azərbaycan Biznesinin İnkişafı Fondu həm güzəştlikreditlər, həm də ortaqlıq mexanizmi də təklif edir. Bu, hər zamantürkiyəli iş adamlarının diqqətini cəlb edir və artıq bundanyararlanan və ya yararlanmağı düşünənlər də var. HazırdaAzərbaycana bizim vasitəmizlə gələn hər bir Türkiyə şirkətiAzərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə görüşlərkeçirir”.

Ticarət nümayəndəsi eyni zamanda vurğulayıb ki, Naxçıvan MuxtarRespublikasında müvafiq güzəşt və mexanizmlərlə bağlı türkiyəli işadamları məlumatlandırılır: “Bildiririk ki, Azərbaycanın 10 ölkəilə sərbəst ticarət anlaşması var və bu, 280 milyonluq nüfuza sahibolan böyük bir bazara çıxış deməkdir. Eyni zamanda ölkəmizin həmTürkiyə, həm də Pakistanla Preferensial Ticarət Sazişi mövcuddur.Bu anlaşmalar çərçivəsində sözügedən ölkələrdə həmin sazişdə qeydolunan məhsullar üzrə sahibkarlar bazara çıxış əldə edə bilərlər.Yəni gömrük rüsumu və vergi olmadan öz məhsulunu Azərbaycandaistehsal edən sahibkarlar bu geniş bazarlara mal və xidmətlərinitəqdim edə bilərlər".
Tamerlan Tağıyev iki ölkə arasında imzalanmış PreferensialTicarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin mümkün olabiləcəyini də istisna etməyib: “Preferensial Ticarət Sazişininəhatə dairəsi genişləndirilə, eyni zamanda buraya yeni məhsullarəlavə edilə bilər. Sənəddəki məhsulların siyahısı hər bir ölkəninprioritetlərinə uyğun tərtib edilib və bu siyahı yenidən nəzərdənkeçirilə, eyni zamanda genişləndirilə bilər. Bu xüsusda onu da qeydedim ki, Sərbəst Ticarət Sazişi haqqında da Türkiyə ilə Azərbaycanarasında danışıqlar aparılır. Bu anlaşmanın baş tutacağına ümidedirik”.
Nümayəndə eyni zamanda Azərbaycanla Türkiyə arasında bərpaolunan enerji, xüsusən də enerji ixracı amillərindən də bəhs edib:“COP29 zamanı "yaşıl enerji" sahəsində böyük uğurlar əldə edildi.Türkiyəli iş adamları da Azərbaycanın bu tədbirdəki rolunu çoxyüksək qiymətləndirdilər. Eyni zamanda məlumdur ki, COP31 Türkiyədəkeçiriləcək və orada "yaşıl enerji"yə keçid üzrə mühüm danışıqlaraparılacaq. Türkiyədə kifayət qədər bu istiqamətdə fəaliyyətgöstərən şirkət var. Naxçıvan Muxtar Respublikasında bərpa olunanenerjinin istehsal olunaraq Türkiyə və digər bazarlara ixracedilməsi istiqamətində bir çox şirkət bizə müraciət edib. Hazırdalayihənin dəyərləndirilməsi üzərində işlər görülür. Eyni tiplayihələri Qarabağ bölgəsində də həyata keçirmək istəyən şirkətlərvar.
Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətin 15 milyarddollara çatdırılması kimi hədəf qoyulub. Biz də AzərbaycanınTürkiyədəki Ticarət Nümayəndəliyi olaraq bu istiqamətdəöhdəliyimizə düşən işləri reallaşdırırıq”.
Türkiyə bazarının kifayət qədərzəngin olduğunu hesab edən ticarət nümayəndəsi hesab edir ki,Azərbaycanın bəzi malları, xüsusən də Preferensial Ticarət Sazişinədaxil edilmiş mallar Türkiyə bazarına gömrüksüz girə bildiyi üçünhəmin bazarda rəqabətli ola bilər: “Ona görə də bu gün əsasənmalları həmin sazişdə öz əksini tapan sahibkarları Azərbaycanadəvət etmişik. Eyni zamanda Türkiyədən alıcı missiyası da təşkiledilib. Həmin qonaqlar ölkələrində böyük market şəbəkələrinəmallarını tədarük edən və ya Azərbaycanın Türkiyədə ticarətevlərinin açılmasını istəyən türkiyəli iş adamlarıdır. Yerigəlmişkən, maraq olduğu təqdirdə Türkiyədə Azərbaycanın ticarətevlərini də açmaq mümkün ola bilər, lakin buna məhz türkiyəli işadamları da təəşəbbüs göstərməlidirlər. Bu təşəbbüsü onlardaoyatmaq üçün əlimizdən gələni edirik”.
Tamerlan Tağıyev Zəngəzur dəhlizinin reallaşmasının iki ölkəninticarət əlaqələrinə təsirlərindən də danışıb: “Zəngəzur dəhlizininaçılması və fəaliyyətə başlaması ilə Azərbaycan və Türkiyə arasındaməsafə xeyli qısalacaq ki, bu da çox önəmli bir göstəricidir. Çünkilogistika ticarətdə çox böyük əhəmyyət kəsb edir. Burada həm zaman,həm rahatlıq, həm də dəyər məsələsi önə çıxır. Logistika xərclərimalın dəyərinə, onun rəqabətli olmasına təsir edir. Zəngəzurdəhlizi açıldıqdan sonra daha böyük canlanma baş verəcək və biz bubarədə artıq indidən türkiyəli iş adamlarına məlumat veririk, bufürsətləri indidən dəyərləndirməyə çağırırıq. Biz onu da deyirikki, sadəcə bir neçə il bundan öncə fəaliyyətə başlamış Ağdam SənayeParkı artıq 70% dolub. Bu o deməkdir ki, fürsəti indidəndəyərləndirmək lazımdır”.
Ticarət nümayəndəsi qarşıdakı il üzrə hədəflərə gəlincə isəbunları qeyd edib: “Fəaliyyətimizi qiymətləndiririk. Hansıistiqamətlərə daha çox önəm verməli olduğumuzu dəyərləndiririk.Türkiyənin müxtəlif regionlarının həm istehsalat, həm də ticarətnöqteyi-nəzərdən çoxşaxəli fəaliyyəti var. Biz də gələn ilTürkiyənin digər regionlarına da səfər etməyi, Azərbaycanınyaratdığı imkanları, fürsətləri təbliğ etməyi hədəfləyirik.Türkiyəli iş adamlarının Azərbaycana səfərlərini təşkil etmək əsasöhdəliyimizdir. Türkiyədəki sənaye, ticarət palataları ilə işbirliklərini daha da genişləndirmək və bizim ixrac potensialı olanşirkətlərlə bugünkü kimi daha çox bir araya gəlməyi planlaşdırırıq.Eyni zamanda texnoloji həllər istiqamətində əməkdaşlığıngenişləndirilməsi və bu kimi digər dəstəkləyici tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur”.