AZ

“2026 cı ildə yüksək sürətli və limitsiz paketlər olacaq”

ain.az bildirir, Demokrat.az portalına istinadən.

İnternet tariflərinin 2026-cı ildə artırılması ehtimalı texnoloji deyil, daha çox iqtisadi və infrastruktur xərcləri ilə bağlıdır. Son illər provayderlərin əsas xərcləri beynəlxalq trafik, server avadanlıqları, fiber-optik infrastruktur və texniki xidmətlər ciddi şəkildə bahalaşıb”.Bunu Demokrat.az-a açıqlamasınsa İT üzrə mütəxəssis Həsən Quliyev deyib.O bildirib ki, xüsusilə internet trafikinın böyük hissəsinin xaricdən alınması və ödənişlərin valyuta ilə aparılması qiymət təzyiqini artıran əsas amillərdəndir:“Ölkə üzrə sürətli internetə tələbatın artması şəbəkələrin genişləndirilməsini və əlavə investisiyaları zəruri edir. Azərbaycanda internet bazarında rəqabət hələ də mövcuddur və bu, kəskin tarif artımlarını məhdudlaşdıran əsas faktordur. Dövlətin rəqəmsal transformasiya və əlçatan internet siyasəti də qiymətlərin birdən-birə yüksəlməsinin qarşısını ala bilər. 2026-cı ildə bütün tariflər üzrə ümumi bahalaşma yox, əsasən yüksək sürətli və limitsiz paketlərdə mərhələli qiymət artımları müşahidə olunsun. Aşağı sürətli və sosial paketlərin isə sabit saxlanılması ehtimalı daha yüksəkdir. Ümumilikdə, internet tariflərinin artımı mümkündür, lakin bu prosesin kəskin deyil, tədricən və seçici şəkildə aparılması daha real görünür”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
demokrat.az

1Mənbələr