AZ

Qurban Qurbanov razılıq vermədi, "Neftçi"də yeni yanaşma, müəmmalı xitam

Tənqidlərin hədəfində olan, həmçinin bir çoxları tərəfindən dəstək alan Nəriman Axundzadənin "Qarabağ"dan gedişi ertələnib. Sportinfo yazır ki, Qurban Qurbanov onu mövsümün sonunadək "atlıların" heyətində qalmasını istəyib. 

"Neftçi"yə gəldikdə isə Yuri Vernidub kluba ilk dəfə olaraq bir neçə gənc cəlb edəcək. Ölkə.Az xəbər verir ki, o, yaxın zamanlarda U-19 və əvəzedici heyətdə forma geyinən istedadlı oyunçuların siyahısının ona təqdim olunmasını istəyib. Abu-Dabi şəhərində keçiriləcək təlim-məşq toplanışında yoxlama görüşlərində onlara şans vermək niyyətindədir.

Bundan əlavə, "Neftçi"nin "Şaxtyor"un yetirməsi olan 27 yaşlı ukraynalı yarımmüdafiəçi Dmitri Topalovla danışıqlar apardığı bildirilir. 

Azərbaycan Premyer Liqasında gündəm mövzulardan biri olan “Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyevlə yollarını ayırması məsələsində qeyri-müəyyənlik hökm sürür. Klub yaydığı rəsmi məlumatda çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini yazıb.

Futbolinfo yazır ki, Baxşıyev bunu təkzib edib.

“Klubla mayın sonuna qədər müqaviləm var idi. Amma məni çağırıb dedilər ki, səninlə işləmək istəmirik. Yəni müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmədi. Təzminat istəyib-istəməyəcəyimə gəlincə, bu barədə nəsə deyə bilmərəm. Çünki müqaviləyə hələ xitam verilməyib. Ondan sonra nəsə danışa bilərik”.

Seçilən
71
2
olke.az

3Mənbələr