AZ

İnsanlar yalnız iş üçün deyil, təhsil, səhiyyə və mədəni imkanlara çıxış üçün də şəhərlərə köçürlər Ekspert

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Regionlarda şəhərlə müqayisədə peşəkar bacarıqlara uyğun iş yerləri isə məhduddur. Nəticədə, xüsusilə gənclər və ixtisaslı mütəxəssislər daha yüksək əmək haqqı və karyera imkanları təklif edən şəhərlərə köç edirlər”.

Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a bildirib. O qeyd edib ki, sərmayələrin bölgələr arasında qeyri-bərabər paylanması daxili miqrasiyanı gücləndirir. Şəhərlərdə infrastruktur, təhsil, səhiyyə və biznes imkanlarının daha yüksək olması kapitalın və innovasiyaların şəhərlərə cəlb olunmasına səbəb olur. Bu da regionlarda iş yerlərinin azalmasına, eləcə də iqtisadi potensialın zəifləməsinə gətirib çıxarır:

“İnsanlar yalnız iş üçün deyil, eyni zamanda təhsil, səhiyyə və mədəni imkanlara çıxış üçün də şəhərlərə köçürlər”.

Sevinc Qarayeva

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
525.az

1Mənbələr