AFFA İntizam Komitəsinin iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda 2-ci liqanın 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sheki City” – “Xankəndi” oyununda “Sheki City” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Xankəndi” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilib.
“Quba” – “Ağdaş” oyununun 88-ci dəqiqəsində “Ağdaş” komandasının 17 nömrəli futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Ağdaş” komandası 100 manat cərimə edilib.