AZ

ABŞ də daşqınlar nəticəsində 3 nəfər həlak olub

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Kaliforniya ştatını təsir altına alan şiddətli yağış, fırtına və daşqınlar nəticəsində üç nəfər həlak olub.

525.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şiddətli fırtına Los-Ancelesin bəzi ərazilərində təxliyələrə və əsas yolların bağlanmasına səbəb olub.

Hakimiyyət orqanları daşqın suları səbəbindən nəqliyyat vasitələrində ilişib qalanları xilas etmək üçün çalışır və dünəndən etibarən ştatda təxminən 100 min insan işıqsız qalıb.

Los-Anceles, Oranj, Riversayd, San Bernardino, San Dieqo və Şastada son zamanlar yağan yağış və fırtınalar səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu barədə isə Kaliforniya qubernatoru Qevin Nyusom bildirib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr