Bakı. Trend:
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilkçarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, QahirəBeynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü iləqarşılanma mərasimi keçirilib.
Trend Misirmediasına istinadla xəbər verir ki, J25042 nömrəli Bakı-Qahirəreysində 85 sərnişin gəlib.
Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfəolmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər QahirəBeynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.
Qahirə Hava Limanında Azərbaycanın milli aviadaşıyıcısınınəməliyyat və yerüstü xidmətlərini “Global Aviation Services”şirkəti həyata keçirəcək.
Uçuşu AZAL-ın Qahirədə təmsilçisi Məhəmməd əl-Zaim və QahirəHava Limanı Şirkətinin ictimaiyyətlə əlaqələr və mediadepartamentinin əməkdaşları qarşılayıblar. Sərnişinlərə lazımişərait yaradılıb.
Layihənin həyata keçirilməsi Azərbaycan Xarici İşlərNazirliyinin və Azərbaycanın Misirdəki Səfirliyinin viza dəstəyi,müvafiq dövlət qurumları ilə AZAL-ın peşəkar tərəfdaşlığı sayəsindəmümkün olub.