AZ

ÜST: Avropada alkoqol istifadəsi hər il təxminən 800 min ölümə səbəb olur

BAKI, 27 dekabr. TELEQRAF

Alkoqol istifadəsi Avropa regionunda hər il təxminən 800 min insanın ölümünə səbəb olur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Teleqraf xəbər verir ki, təşkilatın press-relizində qeyd olunur ki, Avropa alkoqol istehlakı səviyyəsinə görə dünyada lider mövqedə qalmaqda davam edir.

"Qiymətləndirmələrə görə, regionda hər on birinci ölüm alkoqol istifadəsi ilə bağlıdır", - deyə ÜST-ün açıqlamasında bildirilir.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr