AZ

Tokioda ölkə tarixində ən sürətli ev interneti istifadəyə veriləcək

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaponiyanın telekommunikasiya nəhəngi "NTT East" supersürətli ev internetinin istifadəyə verilməsi planlarını elan edib.

Oxu.Az "Techblog.comsoc.org"a istinadən xəbər verir ki, 2026-cı ilin mart ayından etibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təklif edən optik lifli internetə (FTTH) qoşula biləcəklər.

Müqayisə üçün qeyd edək ki, hazırda Yaponiyada kütləvi istehlakçılar üçün mövcud olan maksimal sürət 10 Gbit/s ilə məhdudlaşır.

"Flet Hikari 25G" adlanan yeni tarif "best-effort" prinsipi ilə işləyəcək, yəni mövcud şəraitdə mümkün olan ən yüksək sürət təqdim olunacaq.

Eyni zamanda Yaponiyada elmi-tədqiqat institutları və laboratoriyalarda məlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir. Yaxın vaxtlarda tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1 petabit/saniyədən (bir milyon giqabitdən çox) artıq məlumat ötürmə sürətinə nail olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
2
oxu.az

4Mənbələr