AZ

“Dünya dağılacaq” demişdi, yenidən peyda oldu Video

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Özünü peyğəmbər elan edən qanalı Əbu Nuh 25 dekabrda dünyanın su altında qalacağı ilə bağlı iddiası boşa çıxandan yenidən peyda olub.

“Qafqazinfo” xəbər verir ki, Qananın ən böyük rep tədbirlərindən biri olan “Rapperholic 2025”də səhnəyə çıxan Nuh duaları sayəsində bir il daşqından xilas olduğumuzu iddia edib.

Bu, sosial mediada böyük ajiotaj yaradıb.

Əvvəlki açıqlamalarında Əbu Nuh Tanrıdan bir vəhy aldığını iddia edib və bildirib ki, 25 dekabrda daşqın başlayacaq, bəşəriyyəti məhv edəcək. Sağ qalmaq istəyənlər “Nuhun gəmisi”nə bənzər taxta konstruksiyaların tikildiyi ərazilərə gəlməlidirlər. Bu iddialar videoların yayılması vasitəsilə yüzlərlə insana təsir göstərib və onlar Qanaya axın edib.

Lakin gözlənilən gün gələndə daşqının baş vermədiyini görən Nuh sözlərini dəyişdirib.

“Dualarım qəbul edildi, daşqın təxirə salındı ​​və Allah bəşəriyyətə daha çox vaxt verdi”, - o izləyicilərə deyib.

Nuhun gözlənilməz səhnə performansı sosial mediada müzakirələrə səbəb olub. Bəziləri onun çıxışını əyləncəli və qeyri-adi bir “tamaşa” kimi şərh etsə də, digərləri onu tənqid ediblər. Bəzi istifadəçilər iddiaların ciddi olmadığını və bu cür peyğəmbərliklərin sosial mediada sürətlə yayıldığını vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
qafqazinfo.az

1Mənbələr