Bakı. Trend:
Yaponiyanın telekommunikasiya nəhəngi “NTT East” supersürətli evinternetinin istifadəyə verilməsi planlarını açıqlayıb.
Trend xariciKIV-lərə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayındanetibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təqdim edən optiklifli internetə (FTTH) qoşula biləcəklər.
Qeyd olunur ki, hazırda kütləvi istehlakçılar üçün mövcud olanmaksimal sürət 10 Gbit/s ilə məhdudlaşıb. Yeni tarif “Flet Hikari25G” adlanır və “best-effort” prinsipi ilə işləyəcək, yəni mövcudşəraitdə mümkün olan ən yüksək sürət təqdim ediləcək.
Eyni zamanda, elmi-tədqiqat institutları və laboratoriyalardaməlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir.
Tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1petabit/saniyədən çox məlumat ötürmə sürətinə nail olublar.