AZ

Kəndimiz susuz qalıb

Yuxarı Öysüzlü kəndi Tovuzun böyük kəndlərindəndir. Kəndin 8 min nəfərə yaxın sakini var. Kənddə məktəb, körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, kitabxana, poçt və digər obyektlər fəaliyyət göstərir. 

Ancaq təəssüflər olsun ki, burada uzun illərdir su problemi həll olunmur. Biz, sakinlər də məcbur olub maşınlarla su alırıq. Ayda 50-60 manat vəsait xərcləsək də, ehtiyaclarımız ödənmir. Həyətlərimizdə ağaclar quruyur, mal-heyvanımız susuz qalır. Onu da bildirək ki, 7-8 il əvvəl ovaxtkı "Azərsu" ASC kəndə 7-8 kilometr məsafədən borularla su xətti çəkdi ki, kəndə su verilsin. Nədənsə bu iş sonradan dayandırıldı. İndi qalmışıq çıxılmaz vəziyyətdə. 

Hörmətli redaksiya! Bəlkə siz bu işdə bizə kömək göstərəsiniz. Əlaqədar qurumların rəhbərlərinə çatdırasınız ki, başladıqları işi sona çatdırsınlar.

Zakir TAÜIYEV,

Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin sakini 

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr