AZ

Küçəmiz illərdir bərbad vəziyyətdədir

Dəfələrlə küçəmizin asfaltlanması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. 2019-cu ilin noyabrında və 2024-cü ilin aprelində Binəqədi Rayon İcra Hakimiyyətinə etdiyimiz müraciətlərin cavabında bildirilib ki, işlər mərhələli şəkildə həyata keçiriləcək.

Lakin  o "mərhələ" nədənsə gəlib bizə çatmır. Halbuki Biləcəri şosesində asfaltlanma işləri aparıldığı zaman bizim küçənin də həmin "mərhələ"yə daxil edilməsi nəzərdə tutulmuşdu. Nədənsə məhəlləmiz bu prosesdən kənarda qaldı. Bunu görən məhəllə sakinləri şəxsi vəsaitləri hesabına yol çəkərək asfalt saldılar. Amma sonrakı illərdə yeraltı su borusunda yaranmış sızma ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yolda bir neçə dəfə qazıntı aparıldığından küçəmiz bərbad hala düşdü. Onu da qeyd edək ki, su borularının istismar müddəti çoxdan bitib. 

Bu gün küçəmizin vəziyyəti, sözün əsl mənasında, keçilməz haldadır. Yağış yağanda vəziyyət daha bərbad olur. Tədbir isə görülmür. 

"Azərbaycan" qəzeti vasitəsilə aidiyyəti qurumlardan bir daha xahiş edirik: bu problemi kağız üzərində deyil, real tədbir görməklə həll edin.

Tünzalə XƏLİLOVA,

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, "Stroy detal" küçəsinin sakini

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr