AZ

Gürcüstanda nəqliyyatın səs-küyünə görə cərimə tətbiq olunacaq

Gürcüstanda nəqliyyat vasitələrinin səs-küy səviyyəsinin həddi keçməsinə görə inzibati cərimələri nəzərdə tutan yeni qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Teleqraf xəbər verir ki, qaydalara əsasən, gecə saat 23:00-dan səhər 08:00-dək yaşayış məntəqələrində nəqliyyat vasitələrinin icazə verilən maksimum səs-küy səviyyəsi 80 desibeldən çox olmamalıdır.

Gürcüstan Daxili İşlər Nazirliyinin səlahiyyətli əməkdaşları kalibrlənmiş və sertifikatlaşdırılmış portativ cihazlardan istifadə edərək bu qaydalara riayət olunmasına nəzarət edəcəklər.

Sürücü həddi aşarsa, 100 lari (38 dollar) cərimə olunacaq. Təkrar pozuntuya görə cərimə 200 lariyə (75 dollar), sonrakı pozuntuya görə isə 300 lariyə (111 dollar) qədər artacaq.

Seçilən
35
2
teleqraf.com

3Mənbələr