2025-ci ildə İranda ən azı 1922 nəfər edam olunub. Bu rəqəm əvvəlki illə müqayisədə 106% artım deməkdir.
Bizim.Media xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA illik hesabat yayıb.
Hesabata əsasən:
• 10 nəfər ictimaiyyət qarşısında edam edilib
• Məlumatlar 10 mindən çox insan haqları hesabatının təhlili əsasında hazırlanıb
• Edamların 95%-i gizli, yalnız 5%-i rəsmi şəkildə açıqlanıb.
Cins bölgüsünə görə:
• 1681 nəfər (87%) kişi,
• 59 nəfər (3%) qadın olub,
• 10%-nin cinsi məlum deyil.
HRANA, habelə, bildirir ki, edam edilənlərdən iki nəfər cinayətin baş verdiyi vaxt 18 yaşından kiçik olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta