Olaylar.az xəbər verir ki, hücumların əsas hədəflərindən biri paytaxt Kiyev olub.
Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar zamanı ölkənin bir neçə bölgəsində hava hücumu siqnalları verilib, hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Kiyevdə və digər iri şəhərlərdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə qüvvələrinin dron və raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib.
İlkin məlumatlara əsasən, hücumlar enerji infrastrukturu və hərbi obyektlər daxil olmaqla müxtəlif hədəflərə yönəlib. Dağıntılar və mümkün itkilərlə bağlı dəqiq məlumatlar hələlik açıqlanmayıb.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın hücumlarda həm qanadlı raketlərdən, həm də kamikadze dronlardan istifadə etdiyini bildirib. Hadisə fonunda bir sıra bölgələrdə elektrik enerjisinin verilməsində fasilələr yarandığı qeyd olunur.
Rəsmi Kiyev hücumu mülki əhaliyə qarşı növbəti təzyiq aktı kimi qiymətləndirərək beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb. Hücumların nəticələri ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir. (Musavat.com)