AZ

Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Avstriyaya 88milyon ABŞ dolları həcmində bitumlu süxurlardan əldə edilmiş 177,5min ton neft və neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cüilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,1 milyon ABŞdolları və ya 1,8 dəfə , həcm baxmından isə 91,6 min ton və ya 2,1dəfə çoxdur.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Avstriyaya 47,9milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 85,9min ton neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandandünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft vəneft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumidəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Seçilən
74
11
az.trend.az

10Mənbələr