Litva rəsmi olaraq piyada əleyhinə minaların tətbiqinin, ehtiyatlarının yığılmasının, istehsalının və ötürülməsinin qadağan olunması, eləcə də onların məhv edilməsi haqqında Ottava Konvensiyasından çıxıb.
Aznews.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, 27 dekabr tarixində konvensiyadan çıxmaq üçün tələb olunan prosedurların müddəti başa çatıb.