AZ

Putin Əsədə niyə kömək etməyib?

Suriya üsyançıları Rusiyanı keçmiş prezident Bəşər Əsədin tərəfini tutmamağa inandıra biliblər.

Publika.az xəbər verir ki, bu barədə müvəqqəti Suriya hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani "Əl-Məcəlla" jurnalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilə qədər Suriya üsyançıları strateji seçim qarşısında qalıblarmış. Çünki İran artıq Əsədə əhəmiyyətli dəstək verə bilmirdi, onun bölgəyə təsiri də zəifləmişdi. Lakin Rusiya proseslərdə əvvəlki aktivliyini göstərirmiş.

"Biz olduqca yüksək bir vəzifədə çalışan məmurla danışdıq. Onun adını çəkməyəcəyəm. Amma həmin vaxt özümü Prezident Vladimir Putinlə birbaşa danışmış kimi hiss etdim", - əl-Şibani Rusiya tərəfi ilə danışıqlara toxunarkən deyib.

O qeyd edib ki, Moskva Əsədin devrilməsinin Rusiya qoşunlarının Suriyadan çıxarılması anlamına gəlməyəcəyi mesajını ciddiyə alıb.

Seçilən
12
14
publika.az

10Mənbələr