AZ

Vavrinka gələn il karyerasını bitirəcək

"Football-plus.az" xəbər verir ki, dünyanın sabiq 3 nömrəli tennisçisi, isveçrəli Sten Vavrinka 2026-cı ildə karyerasını bitirəcəyini elan edib:
“Sonuncu təkan. Hər kitabın sonu olur. Peşəkar tennisçi karyeramda son fəsli yazmağın vaxtı gəlib çatdı. 2026 karyeramda son il olacaq. Bu səyahəti maksimal dərəcədə müsbət notda bitirmək istəyirəm. Hələ də bu idman növü ilə bağlı arzularım var. Tennisin mənə bağışladığı hər andan, xüsusən də sizin qarşınızda oynayarkən yaşadığım emosiyalardan ləzzət aldım. Dünyanın istənilən nöqtəsində sizlə növbəti görüşü səbirsizliklə gözləyirəm”.

40 yaşlı idmançı “Böyük dəbilqə” turnirlərinin üçqat qalibidi, 19 ATP turnirini, Olimpiada-2008-i qazanıb.
Seçilən
40
1
football-plus.az

2Mənbələr