AZ

Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək -SABAHIN HAVASI

Dekabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 2-4, gündüz 5 dərəcəyədək isti olacaq. 

 

Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

 

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Seçilən
36
49
senzor.az

10Mənbələr