AZ

“Muhteşem Yüzyıl”ın rejissoru narkoman çıxdı

Türkiyədə daha bir məşhur saxlanılıb. Rejissor Timur Savcı məhkəmə qərarı ilə həbs olunub.Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, rejissor bir neçə gün əvvəl həbs edilən populyar televiziya aparıcısı Ela Rümeysa Cebəci ilə birlikdə narkotik istifadə etdiyi üçün saxlanılıb. Timur Savcı iki telefonunun şifrəsini polis əməkdaşlarına təqdim edib. Rejissorun yazışmaları nəzərdən keçirilərkən onun 30 oktyabr 2024-cü ildə teleaparıcı Ela Rümeysa Cebəciyə narkotik təşkil etdiyi məlum olub. İlkin istintaq zamanı cütlüyün birlikdə narkotik istifadə etdiyi aşkarlanıb. Bundan sonra onun həbsinə qərar verilib. Sənətçinin saçından və qanından nümunə götürüldükdən sonra polis nəzarətinə verilib.Hazırda Türkiyə cəmiyyəti səbirsizliklə testin nəticələrini gözləyir. Sosial şəbəkə istifadəçiləri isə bu hərəkəti rejissora yaraşdırmayaraq, onu sərt tənqid edir. “Bizə ağıl verənlərin hamısı narkoman imiş” məzmunlu şərhlər sosial şəbəkələri “bəzəyir”.

Qeyd edək ki, 50 yaşlı Timur Savcı “Muhteşem Yüzyıl”, “Teşkilat”, “Kavak Yelleri” kimi reytinqli serialların rejissorudur.

Seçilən
40
metbuat.az

1Mənbələr