AZ

12 il tennis oynamayacaq

Tennisdə təmizliyin təmin olunması üzrə Beynəlxalq Agentlik (ITIA) çinli Pan Jenlunun 12 illiyə diskvalifikasiya olunduğunu elan edib.

"Football-plus.az" xəbər verir ki, o, 2024-cü ilin may-sentyabr aralığında 22 danışılmış oyunun təşkilində və ya təşkilinə cəhddə ittiham olunur. Jenlun tennisdən uzaqlaşdırılmaqla yanaşı, 110 min dollar cərimə də ödəyəcək.

25 yaşlı Pan ITF və “Çellencer” seriyalı turnirlərdə 5 oyunda qəsdən uduzduğunu, həmçinin başqa peşəkar oyunçuları “almaqla” bağlı 17 cəhd etdiyini, bunun nəticəsində 6 danışılmış oyunun təşkil olunduğunu boynuna alıb. Jenlun müstəqil mütəxəssisin bununla bağlı dinləmələrdə iştirakını da istəməyib. Tennisçinin cəza müddəti 2036-cı il noyabrın 6-da başa çatacaq.

Seçilən
79
1
football-plus.az

2Mənbələr