AZ

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın yerli bürosu xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.

Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlqıdan məhrumetmə cəzası tətbiq edilir.

Seçilən
29
13
apa.az

10Mənbələr