BAKI, 27 dekabr. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsi oktyabrın 4-də paytaxtda prezident sarayına hücumun təşkili ittihamı ilə təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın barəsində həbs qətimkan tədbiri seçib.
Teleqraf xəbər veriur ki, məhkəmə iclası Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xahişi ilə qapalı rejimdə keçirilib.
Axalaya bu qərarla razılaşmayıb və etiraz əlaməti olaraq məhkəmə zalını tərk edib.
DTX əməkdaşları sabiq naziri dekabrın 25-də Tbilisidəki mənzilində saxlayıblar. İstintaqın iddiasına görə, Axalaya oktyabrın 4-də prezident sarayına hücum cəhdinin əsas təşkilatçısı olub. Hüquq-mühafizə orqanları onun hücumun digər təşkilatçıları və iştirakçıları ilə yazışmaları və telefon zənglərini araşdırıblar.