AZ

"Milan"dan Menyana rəsmi təklif

style='margin-bottom:10px;'>

"Milan" kapitanı Mayk Menyanla yeni müqavilə imzalamağa yaxındır.

QOL.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.

İtaliya təmsilçisi qapıçıya müqaviləni uzatmaq üçün rəsmi təklif göndərib. Klub əsas oyunçusunu komandada saxlamaq üçün əlindən gələni edir. Fransalı qolkiperə bonuslar xaric mövsüm başına təxminən 7 milyon avro maaş təklif edilib.

Menyanın hazırkı müqaviləsi isə 2026-cı ilin iyun ayına qədərdir. O, cari mövsüm "Milan"la 18 oyuna çıxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb. 

Seçilən
51
1
teleqraf.com

2Mənbələr