AZ

“Salah ya “Liverpul”da qalacaq, ya da…”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Liverpul”un və Misir millisinin futbolçusu Məhəmməd Salahın meneceri açıqlama verib.

Futbolpress.az xəbər verir ki, agent Rami Abbas Türkiyənin “Sabah” nəşrinə açıqlamasında Salahın adının “Fənərbağça” ilə hallanmasına münasibət bildirib:

“Salahın “Fənərbağça”ya keçidi gündəmdə deyil. Ümumilikdə onun Türkiyəyə köçmək planları yoxdur. Salah ya “Liverpul”da qalacaq, ya da Səudiyyə Ərəbistanına gedəcək”.

Salah bu mövsüm “Liverpul”da 20 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
futbolpress.az

1Mənbələr