Əməkdar artist Abbas Bağırov son günlər yenidən artıq çəki aldığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində formada qalma sirrlərini bölüşüb.
"Çay içmirəm, ancaq su içirəm. Hər gün 4-5 litr belə su içə bilərəm. Suyu da özümlə aparıram. Şirniyyatı çox sevirəm, amma arıqlayandan sonra şirniyyat yemirəm. 7-8 kiloqram kökəlmişəm. Amma mənim əlimdə heç nədir. Qış aylarında arıqlamaq olmaz" deyə, A.Bağırov əlavə edib.
Qeyd edək ki, Abbas bundan əvvəl 51 gündə 51 kiloqram çəki atdığını açıqlamışdı.
"Cebheinfo.az"