AZ

Rusiyada İslam bankı yaradıla bilər

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Rusiyada İslam bankı yaradıla bilər.

Yeniavaz.com TASS-a-istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov bildirib.

Onun sözlərinə görə, bu məsələ hazırda müzakirə mərhələsindədir.

“Biz Rusiyada İslam bankının yaradılması üzərində fəal şəkildə işləyirik. Ölkəmizin İslam əhalisini təmsil edənlər də daxil olmaqla, biznes nümayəndələri ilə müzakirələr aparırıq”, - komitə sədri bildirib.

Digər tərəfdən, o, Rusiya tərəfinin və ərəb ölkələrinin belə bir bankın yaradılması ilə bağlı danışıqlar apardıqlarını qeyd edib.

Parlament üzvü həmçinin qeyd edib ki, bu işin gələn il başa çatacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
yeniavaz.com

4Mənbələr