AZ

Xocavənddə 228 evin təmirinə 15 milyon manat ayrıldı

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) 228 fərdi yaşayış evinin təmiri üçün 15 milyon 139 min 495 manat 54 qəpik dəyərində dörd satınalma müqaviləsi bağlayıb.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, müqavilələr bir mənbədən satınalma metodu əsasında bağlanıb.

"Gross Construction" QSC ilə imzalanan müqaviləyə əsasən, Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 3 800 kvadratmetr olan 20 fərdi yaşayış evinin təmiri həyata keçiriləcək. Bu işlərə görə şirkətə 1 milyon 321 min 982 manat 6 qəpik ödəniləcək.

"RƏMZİ" MMC xidmətin sifarişi ilə Xocavənd rayonunun Kiş kəndində ümumi sahəsi 9 500 kvadratmetr olan 50 fərdi yaşayış evinin təmirini icra edəcək. Müqavilənin dəyəri 3 milyon 319 min 934 manat 63 qəpik təşkil edir.

"Az-Caspian Construction" MMC (VÖEN - 1200409991) Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 9 500 kvadratmetr olan 50 evin, eləcə də Quzeyxırman kəndində ümumi sahəsi 14 820 kvadratmetr olan 78 evin təmirini həyata keçirəcək. Bu işlər üçün şirkətə 8 milyon 509 min 549 manat 58 qəpik ödəniləcək.

"Layihə Bərpa Tikinti" MMC (VÖEN - 8000079611) isə Xocavənd şəhərində ümumi sahəsi 5 700 kvadratmetr olan 30 fərdi yaşayış evinin təmirinə cəlb olunub. Müqavilənin dəyəri 1 milyon 988 min 29 manat 27 qəpikdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
3
cebheinfo.az

6Mənbələr