Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
Leqal.info xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.
İlkin ehtimala əsasən, qadının ölümünə ürəktutma səbəb olub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta