AZ

İsmayıllıda ağır qəza baş verib – XƏSARƏT ALANLAR VAR

İsmayıllıda ağır yol qəzası baş verib, xəsarət alan var.

Nocomment.az xəbər verir ki, hadisə rayonunun Qurbanəfəndi kənd yolunda quraşdırılan körpünün üzərində baş verib. İlkin məlumata görə, qadın sürücü avtomobili idarə edərkən idarəetməni itirib və nəqliyyat vasitəsi körpünün yan dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobil güclü zərbə alaraq ciddi şəkildə zədələnib, bəzi hissələri qoparaq 5–7 metr məsafəyə səpələnib. Hadisə zamanı sürücü — 2000-ci il təvəllüdlü Mürsəliyeva Təhminə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı sürücü təcili tibbi yardım briqadası tərəfindən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Nocomment.az

Seçilən
99
4
nocomment.az

5Mənbələr