Moskva səmasında vurulan Ukrayna pilotsuz uçuş aparartlarının sayı 26-ya çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Moskva istiqamətində uçan 26 dron vurulub.
Mer 2,5 saat ərzində Ukraynanın 26 PUA-sının vurulduğunu açıqlayıb.
Sobyanin PUA-ların dağıntılarının düşdüyü yerdə operativ xidmətlərin çalışdığını söyləyib.
19:40
Ukrayna Rusiya paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, indiyədək artıq 12 PUA vurulub.