AZ

"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır

style='margin-bottom:10px;'>

“Neftçi” Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Dmitri Topalovla maraqlanır.

QOL.az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, tərəflər arasında artıq danışıqlar başlayıb. Paytaxt təmsilçisinin 27 yaşlı futbolçuya ilkin olaraq 6 aylıq müqavilə təklif etdiyi bildirilir. 

Qeyd olunur ki, əgər Topalovun oyun performansı gözləntiləri qarşılayarsa, ona bir illik müqavilə təklif olunacaq.

Məlumata görə, komandanın baş məşqçisi Yuri Vernidub bu transferə maraqlıdır və rəhbərliyə oyunçu barədə müsbət rəy verib.

Seçilən
74
1
teleqraf.com

2Mənbələr