AZ

"Roma" müdafiəni Radu Draquşinlə gücləndirir

İtaliyanın "Roma" klubu müdafiədəki boşluqları doldurmaq üçün "Tottenhem"in mərkəz müdafiəçisi Radu Draquşini hədəf seçib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi rumıniyalı futbolçunu satın alma opsiyası ilə icarəyə götürmək istəyir.

Draquşinin İtaliya futboluna bələd olması və fiziki gücü "Roma" rəhbərliyinin bu seçimi etməsində əsas rol oynayıb.

Yanvar transfer pəncərəsində bu keçidin rəsmiləşəcəyi gözlənilir.

 

Seçilən
53
1
fanat.az

2Mənbələr