AZ

Problemli kreditlərin həcmi yenidən ARTDI - Çıxış yolu nədir?VİDEO

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manat olub. Nəzərə alsaq ki, hələ iki ayın nəticələri açıqlanmayıb bu məbləğin artacağı istisina edilmir. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz daha çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin məbləği təxminən 102 milyon manat artıb.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, bu ilin yay aylarına qədər bankların kredit şərtlərini nisbətən sadələşdirməsi və faiz dərəcəsini artırsı belə problemli kreditlərin məbləğinə təsir edir.

İpoteka kreditləri üzrə problemli kreditlərin həcmi isə bu il azalıb. İlin əvvəlində ipoteka kreditləri üzrə 34 milyon qeyri-işlək borc olduğu halda, ötən ayın əvvəlində 32,1 milyon manata düşüb. Onu da qeyd edək ki, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı isə cüzi artım göstərib.

Xalid Kərimilinin fikirincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlər gücləndirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
72
6
xezerxeber.az

7Mənbələr