AZ

Amerikalılar Donald Trampdan üz döndərir

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Trampın fəaliyyətini illik gəliri 50 min dollardan aşağı olan amerikalıların 31 faizi dəstəkləyir. 65 faiz elektorat isə Trampın fəaliyyətini bəyənmir.

Reyting.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalının YouGov institutuna istinadla yaydığı məlumatda bildirilir.

İllik 100 min dollardan çox qazananlar arasında prezidentin tərəfdarı 40 faiz, əleyhdarı isə 51 faizdir.

Prezidentin reytinqin düşməsinə əsas səbəbi kimi ABŞ-da mənzil əlçatanlığı ilə bağlı problem göstərilir. Qeyd olunur ki, belə bir vəziyyətin nəticəsi gözlənilməz ola bilər.

Ekspertlərin fikrincə, hazırda vəziyyət Donald Trampın əleyhinə işləyir. Ehtimal olunur ki, mövcud durum dəyişməsə, bu, 2026-cı il seçkilərində Respublikaçılar Partiyasına və Trampın prezidentliyinin ikinci yarısına mənfi təsir göstərə bilər.

Məlumata görə, bu sorğu 20-22 dekabrda təxminən 1600 vergi ödəyicisi arasında keçirilib. Sorğuda iştirak edənlər bildiriblər ki, 2025-ci ilin noyabr ayı ilə müqayisədə Trampın işçi toplum, ümumilikdə fəhlə sinfi arasındakı dəstəyi əhəmiyyətli dərəcədə azalıb. İştirakçılar təəssüflə qeyd ediblər ki, onlar 2024-cü il prezident seçkilərində Trampa az fərqlə səs veriblər və o, bunun nəticəsində ABŞ prezidenti seçilib.

Bundan əvvəl yayımlanan digər sorğulara görə, Trampın prezidentliyinin ilk 100 günü üzrə reytinqi son 80 ilin ən aşağı həddinə düşüb, çünki 55 faiz onun fəaliyyətini tamamilə mənfi, 39 faiz isə müsbət qiymətləndirib.

Sorğuya qatılan respondentlərin əksəriyyəti D. Trampın həm ticarət rüsumlarından, həm də iqtisadi və xarici siyasətindən narazıdır.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
reyting.az

1Mənbələr