AZ

Braziliyalını satıb, onu almağı planlaşdırır - “Real”

“Real” PSJ-də çıxış edən və Portuqaliya millisinin üzvü olan yarımmüdafiəçi Vitinyaya maraq göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.

“Kral klubu” braziliyalı hücumçu Vinisius Junioru gələn yay satmaq niyyətindədir. Satışdan əldə olunan vəsaiti isə Vitinyanı transfer etmək üçün xərcləməyi planlaşdırırlar.

Bu keçidin qiymətinin təxminən 100 milyon avro təşkil edə biləcəyi deyilir.

Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, bu il keçirilən “qızıl top”un səsverməsində üçüncü yeri tutmuşdu.

Seçilən
55
sportinfo.az

1Mənbələr