AZ

Hava şəraiti 12 mindən çox uçuşa təsir etdi

Qeyri-sabit hava şəraiti səbəbindən ABŞ-də son sutka ərzində 12 000-dən çox uçuş ləğv edilib və ya gecikib.

Hakimiyyet.az xəbər verir ki, bunu "FlightAware"in məlumatları sübut edir.

Məlumata görə, ötən gün axşam saatlarında 8 900 uçuş təxirə salınıb, daha 1 710 uçuş isə ləğv edilib. Bu gün isə 637 uçuş ləğv edilib, daha 1 245 uçuş isə təxirə salınıb.

Ən çox ləğv və gecikmə "JetBlue" və "Delta Airlines" şirkətlərinin reyslərində qeydə alınıb.(oxu.az)

Seçilən
40
5
hakimiyyet.az

6Mənbələr