AZ

Rusiyada 6 hava limanı uçuşları dayandırdı

Ulyanovsk hava limanı uçuşları müvəqqəti olaraq dayandırıb .

Publika.az xəbər verir ki, bu barədə “Rosaviasiya” nın sözçüsü Artem Korenyako “Telegram” məlumat verib.

Onun Baratayevka hava limanındakı məhdudiyyətlər barədə paylaşımı saat 00:29-da dərc olunub. Orada tədbirin uçuş təhlükəsizliyi üçün zəruri olduğu aydınlaşdırılıb.

Oxşar məhdudiyyətlər Yaroslavl, Kaluqa, Volqoqrad, Saratov və Penza hava limanlarında da tətbiq edilib. Moskvanın Şeremetyevo və Vnukovo hava limanları müvafiq orqanlarla əlaqələndirilmiş şəkildə uçuşlar həyata keçirib. Vnukovo saat 12:12-də normal fəaliyyətini bərpa edib.

Seçilən
81
publika.az

1Mənbələr