AZ

Xorvatiya hava məkanına nəzarəti müstəqil şəkildə həyata keçirəcək

Xorvatiya 2026-cı il yanvarın 1-dən etibarən öz hava məkanına nəzarəti müstəqil şəkildə təmin etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan Rafale qırıcıları vasitəsilə həyata keçiriləcək.

“Müdafiə Nazirliyinin məlumatına görə, 1 yanvar 2026-cı ildən Xorvatiya Respublikası NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemi çərçivəsində çoxməqsədli Rafale döyüş təyyarələri ilə öz hava məkanının müşahidəsi və mühafizəsini üzərinə götürəcək”, – deyə açıqlamada qeyd olunub.

Seçilən
12
1
apa.az

3Mənbələr