AZ

Kanada Ukraynaya BVF krediti üçün 1,8 mlrd dollar ayıracaq

Kanada hökuməti Ukraynaya Beynəlxalq Valyuta Fondundan (BVF) və digər maliyyə institutlarından kreditlərin cəlb olunması məqsədilə 2,5 milyard Kanada dolları (1,8 milyard ABŞ dolları) məbləğində vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Volodimir Zelenski ilə Yeni Şotlandiya əyalətinin Halifax şəhərində keçirilən görüşdə bildirib.

“Biz Ukraynaya hərbi və əlavə hərbi yardım göstərmişik. Bu gün isə 2,5 milyard dollar həcmində əlavə iqtisadi yardım elan edirik. Bu vəsait BVF, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyələşmənin açılmasına və bərpa prosesinin başlanmasına imkan verəcək”, – deyə Karni qeyd edib.

Seçilən
51
1
apa.az

2Mənbələr