AZ

Qədim yazı sistemləri hələ də oxunmur – Alimlər səbəbi açıqladı

BAKI, 28 dekabr. TELEQRAF

Alimlər hələ də bir sıra qədim yazı sistemlərini tam şəkildə oxuya bilmirlər. Texnologiyaların inkişafına baxmayaraq, bu yazılar öz sirrini qorumaqda davam edir.

Teleqraf "Deutsche Welle"ə istinadən xəbər verir ki, bu yazılar artıq mövcud olmayan inkişaf etmiş sivilizasiyalar barədə mühüm məlumatlar daşıyır.

Köln Universitetinin tədqiqatçısı Svenya Bonmann bildirib ki, bu, “ən parlaq beyinlərin belə çətinliklə həll edə bildiyi zehni tapmacadır”. Onun sözlərinə görə, bu yazılar bəşəriyyətə min illər öncə mövcud olan mədəniyyətlərə “pəncərə” açır.

Bonmannın araşdırmaları Meksikada mövcud olmuş epi-olmeka yazı sisteminə yönəlib. Lakin mətnlərin azlığı və kontekstin qeyri-müəyyənliyi səbəbilə oxunuş prosesi çətinləşir. Eyni vəziyyət Hind vadisi sivilizasiyasının yazıları, Pasxa adasındakı Rongo-Rongo, Krit mədəniyyətinin “Linear A” sistemi və etrusk dili üçün də keçərlidir.

Alimlər bildirir ki, əsas problem bu yazıların “Rozetta daşı” kimi açar mənbədən məhrum olmasıdır. Yəni eyni mətnin bir neçə dildə təqdim edildiyi nümunə olmadığı üçün işarələrin səslərlə və ya sözlərlə əlaqələndirilməsi çətinləşir.

Svenya Bonmann qeyd edib ki, dilin açılmasında ən vacib amil onu məlum dil ailəsinə bağlamaqdır. Əgər belə uyğunluq yoxdursa, fonetik sistem və qrammatik quruluşu müəyyənləşdirmək çətin olur.

Seçilən
76
2
teleqraf.com

3Mənbələr