BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu gün ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Floridada görüşəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Amerika liderinin iş qrafikində qeyd olunub.
Yenilənmiş versiyaya əsasən, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da) Palm-Biçdə baş tutacaq.