Bakı, 28 dekabr, AZƏRTAC
İngiltərə Premyer Liqasında XVIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Çelsi” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda “Aston Villa” 39 xalla 3-cü pillədə qərarlaşıb. Ev sahibləri isə 29 xalla 5-ci yerdədir.