AZ

Keçmiş xanımı Ağadadaş Ağayevdən dəbdəbəli villanı geri istəyir

Xalq artisti Ağadadaş Ağayevin keçmiş xanımı məhkəməyə üz tutub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasımda bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.

Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra, birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib.

O, Xalq artistinə qarşı iddia qaldıraraq, “Büsat" şadlıq sarayının, "Vüsal" kafesinin, eləcə də, idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.

Tərəflər arasında 7 il öncə təsdiqlənən, barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.

Seçilən
80
1
publika.az

3Mənbələr